"Sabah" Gürcüstana klubuna məğlub oldu

 00:00 27.07.2021     54

Gürcüstanda təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib.

Publika.az xəbər verir ki, Bakı təmsilçisi 3-cü sınağında yerli "Telavi" klubu ilə qarşılaşıb.

Görüş Ramin Quliyevin baş məşqçi olduğu kollektivin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın heyətində yeganə qolu Abdulla Xaybulayev vurub.

Qeyd edək ki, "Sabah" qonşu ölkədəki ilk iki görüşündə "Şukura"ya 1:0 hesabı ilə qalib gəlib, "Samqurali"yə isə uduzub - 0:1.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/363954.html