Ukrayna ordusu savaşa belə hazırlaşır - Video

 15:20 28.07.2021     58

Lvov bölgəsində yerləşən Yavoriv poliqonunda ABŞ, Polşa, Litva və Ukraynanın hərbi personalının iştirakı ilə "Üç Qılınc - 2021" beynəlxalq hərbi təlimləri keçirilir. Dördmərhələli təlim iyulun 17-dən başlayıb və cari ayın 30-dək davam edəcək.

Axar.az xəbər verir ki, təlimə 1200-dən çox hərbçi və 200-ə yaxın hərbi texnika cəlb olunub.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, təlimlərin məqsədi briqadaların hazırlıq səviyyəsini yoxlamaqdır.

Qeyd olunur ki, təlimlər yalnız müdafiə xarakteri daşıyır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575912.html