DİN tələbənin öldüyü hadisə ilə bağlı məlumat yaydı

 15:37 28.07.2021     55

Daxili İşlər Nazirliyi ötən gün Nəsimi rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 27-də saat 6 radələrində Nəsimi rayonu R.Məmmədov küçəsində Naxçıvan şəhər sakini Natiq Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında saxlanılmış “İsuzu” markalı avtomobili vurub, “İsuzu” markalı avtomobil isə “Toyota” markalı digər avtomobilə dəyib. Nəticədə N.Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb, bir sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada vəfat edən N.Abdullayev Memarlıq və İnşaat Universitetinin tələbəsi olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/364115.html