Burak ailəsi ilə Bodrumda - FOTO

 16:02 28.07.2021     51

Türkiyənin ATV kanalında yayımlanan "Quruluş Osman" dizisinin çəkiliş qrupu tətilə çıxıb.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, baş rolun ifaçısı Burak Özçivit də həyat yoldaşı Fahriye Evcen və oğlu Karanla birlikdə Bodrumda tətilin kefini çıxarır. Sosial mediada maraqla izlənən  fotolar paylaşmağı da unutmurlar. Cütlüyün hələlik sonuncu, maraq çəkən fotosu Burak Özcivit tərəfindən iri bir balığın yaxalanmasıdır. Fahriye Evcen-Özçivit  fotoya belə şərh yazıb; bu, buz dolabına necə sığışacaq?! Burak Özçivit balıq ovunu sevir, imkan tapdıqca sevdiyi məşğuliyyətə sarılır. Bu dəfə isə aktyor böyük bir balıq yaxalamağı bacarıb. Və məharətini sosial şəbəkədəki təqibçiləri ilə paylaşıb.

Burakın ovladığı balığı oğlu Karana göstərdiyi anlar da sosial mediada xeyli bəyənilib. 

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/968324.html