Xankəndidən yeni görüntülər

 16:17 28.07.2021     60

Azərbaycan əsilli məşhur fransız fotojurnalist Rza Deqati Xankəndi şəhərinin yeni fotolarını lentə alıb.

Axar.az xəbər verir ki, şəkilləri öz sosial şəbəkə hesablarında paylaşan Deqati şəhərin tarixi ilə bağlı məlumatları da oxucuların diqqətinə çatdırıb.

“Xankəndi və yaxud “Xanın Kəndi”nin əsası 17-ci əsrin sonunda Qarabağ xanlığının və Şuşa şəhərinin banisi olan Pənah Əli Xan Cavanşir tərəfindən qoyulub. Şəhər əsas olaraq Xan və ailəsinin ailəvi olaraq toplandığı məkan kimi istifadə olunub”, - deyə fotoqraf yazıb.

Həmin fotoları təqdim edirik:


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/foto/575936.html