Zelenski Putinə cavab verdi: Varis bizik, Rusiya yox!

 16:30 28.07.2021     52

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukrayna haqqında məqaləsinə cavab verib.

Axar.az xəbər verir ki, Zelenski Kiyev Rus dövlətini Ukrayna tarixinin anası adlandırıb. O, Ukraynanın orta əsr Avropasının ən güclü dövlətlərindən birinin varisi olduğunu deyib:

“Bunu tarixi traktatlarla, məqalələrlə təsdiqləməyə ehtiyac yoxdur. Ona görə ki, bizim sübutlarımız kağızda yox, metalda və daşlardadır. Miflərdə və əfsanələrdə yox, şəhərlərimizdə və küçələrimizdədir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575930.html