Əbülfəs Qarayevdən haqqında yayılan iddialara CAVAB

 16:44 28.07.2021     63

Keçmiş Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin səhhətində yaranan problemə görə xaricə getmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarılması barədə məlumatlar yayılıb.

Milli.Az xəbər verir ki, modern.az informasiyanın doğru olub-olmadığını dəqiqləşdirmək üçün sabiq nazirin özü ilə əlaqə saxlayıb. O, haqqında yayılan xəbəri yalanlayıb.

"Mənim bu hadisədən xəbərim yoxdur. Sonuncu dəfə hava limanında keçən ilin fevral ayında olmuşam. Həmin vaxt səfərimi yerinə yetirib Azərbaycana qayıtmışam. Bu il ümumiyyətlə hava limanına daxil olmamışam".

Xatırladaq ki, Əbülfəs Qarayev 21 may 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Bundan xeyli əvvəl - mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/968376.html