Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb - VİDEO

 17:12 28.07.2021     47

Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu dəfəki proqramda ötən hətənin ən aktual iqtisadi hadisələri müzakirə edilib, həmçinin dost və qonşu ölkələrlə - xüsusilə də Rusiya ilə iqtisadi ticari əlaqələrin inkişafı istiqamətində atılan addımlardan danışılıb. Rusiya iş adamlarının Azərbaycana artan maraqları, investisiya qoymaq istəkləri, Qarabağın bərpasına veriləcək dəstək və.s məsələlər müzakirə olunub.

Verilişdə həmçinin işğaldan azad edilmiş ərazilərdə aqrar sektorun inkişafı perspektivlərindən söz açılıb. Bundan başqa ekspertlər Azərbaycanın artan iqtisadi imkanlarının beynəlxalq reytinqlərdə bir qədər də yüksəlməsi mövzusunu şərh ediblər.

Qeyd edək ki, layihə hər çərşənbə günü saat 15:30-da, təkrarı 22:30-da Real TV-nin efirində yayımlanır. "Real-Trend" verlişində həftənin ən aktual iqtisadi xəbərləri müzakirə edilir. Həm Real TV, həm də Trend İnformasiya Agentliyinin studiyasına dəvət edilən qonaqlar Azərbaycanın qarşısında duran çağrışları müzakirə edirlər.

Buraxılışı təqdim edirik:

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/968381.html