Yeni böhran: Gürcü Arzusu Mişel razılaşmasından çıxdı

 17:21 28.07.2021     52

Gürcü Arzusu Partiyası aprelin 19-da Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə müxalifətlə imzaladığı razılaşmadan çıxıb.

Axar.az xəbər verir ki, bu məlumatı partiyanın sədri İrakli Kobaxidze yayıb. Kobaxidze 100 gün keçməsinə rəğmən, hələ də beynəlxalq qüvvələrin müxalifət deputatlarının qalan hissəsini bu razılaşmanı imzalamağa məcbur edə bilmədiyini bildirib.

O, razılaşmanın əsas şərtlərinin icra edildiyini və ölkədə geniş reformların başladıldığını söyləyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/575954.html