Son 3 ildə sosial ödənişlər 60 faizdən çox artıb

 17:32 28.07.2021     44

Azərbaycanda sosial ödənişlər son üç ildə 60 faizdən çox artıb.

Bu barədə Milli.Az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib. Məlumata görə, son üç ildə Azərbaycanda minimum pensiya - 82 faiz, orta pensiya - 60 faiz, orta müavinat - 100 faiz və ünvanlı sosial yardım - 72 faiz artıb.

Hazırda yaşayış minimumu 196 manat olduğu halda, orta pensiya 360 manat və minimal əmək haqqı 250 manat təşkil etməklə yaşayış minimumunu üstələyir.

Mili.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/968374.html