"Yeni Klinika"nın daha 3 əməkdaşı həbs edildi

 17:32 28.07.2021     48

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika” publik hüquqi şəxsin direktoru Pərviz Abbasov, onun işçiləri - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslər Q.Nəcəfov, Ə.Hüseynov və S.Mirzəyevin barələrində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib. Həmin şəxslər məhkəmə zalında həbs edilib.

Məhkəmənin baxış iclası avqustun 10-na təyin edilib.(Report)


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/364132.html