Ermənistan adlı bir dövlət olmayacaq

 17:36 28.07.2021     42

"Ermənistan atəşkəsi kobud şəkildə pozduqda biz Ermənistan haqqında elə düşünürük ki, Ermənistan bir dövlətdir və dövlət ənənələrinə uyğun olaraq müqavilələrə, şərtlərə, qoyulmuş qaydalara əməl etməsini gözləyirik".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, ermənilərin sərhəddəki təxribatlarına antiterror əməliyyatları ilə son qoya bilərik:

"Ermənistan dövlət olmağa çalışır. 200 il bizim torpaqlarımızda yerləşmələrinə baxmayaraq, hər hansı yolla havadarlarının dəstəyini hiss etmələrinə baxmayaraq hələ də dövlət ola bilməyib və bundan sonra da ola bilməyəcək. Ona görə, burada məsələ "Ermənistan Respublikasından" gedirsə,  Ermənistanın hal və davranışlarına baxıb, bir analiz etsək görərik ki, burada heç bir dövlətçilik ənənələri yoxdur. Bu gün Ermənistan siyasətçilərinin sülh müqaviləsindən bəhs edib və bunu ardınca bizim sərhədlərimizin toxunulmazlığını pozmaları bir terrorizm ənənəsidir və biz bütün bu fəaliyyətləri antiterror əməliyyatları çərçivəsində qiymətləndirib, tez bir zamanda onlara yerlərini göstərməliyik. 

Ermənistanın atəşkəsi pozması bölgədə irimiqyaslı toqquşmalara səbəb ola bilməz. Çünki Ermənistanın bu gün havadarları da təsdiqləyirlər ki, onların bu davranışları gözlənilən deyil və hətta müəyyən bir şəkildə Ermənistanın təhlükəsizliyi məsələsində onunda yanında olan bizim qonşu dövlətlər də buna bir ad verə bilmirlər. Ona görə də buna ancaq bizim diplomatiyamız və hüquqşünaslarımız beynəlxalq səviyyədə düzgün qiymət qazandırıb və analiz etdikdən sonra antiterror əməliyyatları ilə onların bu əməllərinin qarşısını ala bilərik".

Təhməz Əsədov
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/968383.html