Boksçumuz Olimpiadanın 1/4 finalına yüksəlib

 17:38 28.07.2021     49

Azərbaycan boksçusu Alfonso Dominqes Olimpiya Oyunlarının 1/4 finalına yüksəlib. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, A.Dominqes (81 kq) yarışların 1/8 final mərhələsində dünya çempionatının gümüş mükafatçısı Dilshod Ruzmetova 4:1 qalib gəlib. 

Qeyd edək ki, Kuba əsilli boksçu 2019-cu ildə Minskdə II Avropa Oyunlarının qalibi olub. 

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/968368.html