Mustafa Şentopun ortaq türk ordusu ilə bağlı suala cavabı təhrif olunub, yayılan iddialar həqiqətə uyğun gəlmir - VİDEO

 17:49 28.07.2021     44

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun Bakı ilə Ankara arasında ortaq türk ordusunun yaradılması haqda danışması barədə səsləndirilən iddialar həqiqətə uyğun gəlmir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iyulun 28-də Bakıda keçirilən mətbuat konfransında Şentop "Türkiyə ilə Azərbaycan ortaq bir türk ordusu yarada bilərmi?" sualını cavablandırarkən deyib: "Türkiyə və Azərbaycan arasında bir çox anlaşmalar edirik. Bunlar arasında hərbi müdafiə sənayesi sahəsində edilən razılaşmalar da var. Anlaşmalar çərçivəsində iki ölkənin ortaq təhsil çalışmaları da daxil olmaqla, bir çox başqa anlaşmlar da var. Lakin bizim əsas devizimiz mərhum Heydər Əliyevin dediyi kimi bir millət, iki dövlət şüarıdır".

Parlamentin sədri ortaq türk ordusunun yaradılması ehtimalı barədə fikir səsləndirməyib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/968389.html