Bu gün ölkədə rekord sayda peyvənd vurulub

 17:58 28.07.2021     53

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 81 690 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 622, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 714 039, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 731 114, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 982 925 təşkil edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/968391.html