Qarabağda daha 2 erməni əsgərin meyiti tapıldı

 18:03 28.07.2021     50

Azərbaycanın Qarabağ iqtisadi rayonunun döyüş gedən ərazilərində aparılan axtarışlar nəticəsində daha 2 erməni əsgərin meyitinin qalıqları aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edilib ki, meyitlərin qalıqları Füzuli rayonu ərazisində tapılıb.

Bununla da 14 noyabr 2020-ci ildən bu vaxta qədər aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1618-ə çatıb.

Axtarışlar Azərbaycan Ordusunun razılığı ilə aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/575965.html