Azərbaycana ən çox bu ölkələrin vətəndaşları gəlib

 21:56 28.07.2021     63

Bu ilin altı ayında Azərbaycana 12 min 813 nəfər daxil olub. Ən çox əcnəbi gələn ölkələr sırasında ilk üçlükdə Rusiya, Gürcüstan və Türkiyə yer alır.

Publika.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətini rəisi Vüsal Hüseynov qurumun altı aylıq fəaliyyəti ilə bağlı keçirilən onlayn mətbuat konfransında deyib.

Xidmət rəisi bildirib ki, hazırda ölkədə 127 min əcnəbi yaşayır. Həmin əcnəbilər Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, Qazaxıstan və digər ölkələrdəndir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/364157.html