Alimlər koronavirusun uşaqlarda təhlükəli təsirlərinin səbəbini aşkarladı

 22:25 28.07.2021     51

Massaçusets və Harvard Tibb Məktəblərinin alimləri koronavirusun uşaq və yeniyetmələrə uzunmüddətli təsirindən və səbəblərindən söz açıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddət davam edən infeksiyanın ilk əlamətləri arasında yüksək hərarət, qarın ağrısı, qusma, ishal, ürək çatışmazlığı, şiddətli baş ağrısı və yorğunluq olduğu qeyd olunur. Mədə-bağırsaq traktının xəstəliklərinin azyaşlılar arasında daha az rast gəlinməsinə baxmayaraq, həkimlər bildirib ki, tamamilə istisna edilmir.

Bildirilib ki, koronovirus infeksiyasından iki və ya dörd həftə sonra çoxsistemli iltihab sindromunun (MIS-C) inkişaf riski yüksəkdir. O da öz növbəsində ürək-damar sisteminə və koronar arteriyalara zərər verir.

Alimlər səbəblərini öyrənmək üçün 100 uşağın iştirak etdiyi bir təcrübə aparıb. Beləliklə, MIS-C xəstələrində virusun bağırsaqlarda qaldığı ortaya çıxıb. Mədə-bağırsaq traktında olan SARS-CoV-2 hissəciklərinin qan dövranına daxil olduğu, bədəndə MIS-C üçün xarakterik olan bir immun reaksiyaya təkan verdiyi müəyyən edilib.

Mütəxəssislər qeyd edib ki, bu, qandakı MIS-C viral hissəciklərinin hiperinflamatuar reaksiya ilə üst-üstə düşdüyünü göstərən ilk işdir. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/968279.html