Zelenski Baş Qərargah rəisini istefaya göndərdi

 23:00 28.07.2021     63

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Baş Qərargah rəisi Sergey Korniyçuku istefaya göndərib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat yerləşdirilib.

Prezidentin digər fərmanı ilə Sergey Şaptal Baş Qərargah rəisi təyin olunub.

Şaptal buna qədər Donbasdakı “Qərb” operativ komandanlığının rəhbəri idi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/576022.html