“Fəryad 2” filmində çəkilmək istəyənlərin - Nəzərinə

 23:09 28.07.2021     60

“Fəryad 2” filminin kütləvi səhnələrinin çəkilişi üçün 40-65 yaş arası kişilər axtarılır.

Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkədə kastinq şirkəti elan yayıb. Bildirilib ki, məşhur “Fəryad” filminin ikinci hissəsi çəkilir. Ekran işində rol alacaq şəxslərə qonorar veriləcək.

“Ümumilikdə, 900 nəfərə ehtiyac var. Onlardan 500-600 nəfəri bəy, digərləri xanımdır. Bunun üçün iştirak edən şəxslərə 8 saat ərzində 15 manat ödəniş olacaq. 8 saat tamam olduqdan sonra hər saata görə əlavə olaraq 1 manat ödəniləcək. İştirakçıların qidası sifarişçi şirkət tərəfindən təmin olunacaq. Burada heç kim iştirakçıdan hansısa ödəniş tələb edə bilməz”, - elanda bildirilib.

Qeyd edək ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/576024.html