Ermənistan ətraf mühiti zəhərləyir - XİN

 23:18 28.07.2021     57

Ermənistandakı hasilat və emal müəssisələri zəhərli tullantıları Oxçuçay çayına axıdaraq bölgənin ətraf mühitini zəhərləyir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Tvitter səhifəsində yazıb.

“Bu tullantılar çayın faunasını məhv edir və insan sağlamlığı üçün təhlükəlidir. İnsanlar və ətraf mühitin zəhərləndirilməsi dayanmalıdır!", - Abdullayeva bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/576026.html