Azərbaycanda bəy və gəlin toya buraxılmadı - SƏBƏB

 23:50 28.07.2021     66

Zərdabda vaksinasiya prosesi ilə bağlı rayonun Qoruqbağı kəndində yerləşən "Eldayaq" şadlıq sarayında monitorinq keçirilib.

Milli.Az report-a istinadən bildirir ki, məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı vaksinasiya olunmayıblar.

Gənclərə qanuna uyğun olaraq bu proseslə bağlı qaydalar izah edilib və hər iki gənc deyilənləri səmimi qəbul edərək yaxınlıqdakı Məlikli kəndində könüllü olaraq vaksinasiya olunublar.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/968417.html