QKÇP-nin sonuncu üzvü də öldü

 00:04 29.07.2021     65

Keçmiş SSRİ-nin ümumi maşınqayırma naziri, SSRİ müdafiə şurasının sədr müavini Oleq Baklanov 89 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə “Roskosmos”un rəhbəri Dmitri Roqozin məlumat yayıb.

“Oleq Dmitiriyeviç atamla dostluq edirdi, tez-tez evimizdə olurdu. Doğmalarına və yaxınlarına başsağlığı diləyirəm”, - Roqozin bildirib.

Qeyd edək ki, Baklanov 1991-ci il avqustun 18-dən 21-nə kimi QKÇP-nin üzvü olub. O, qurumun sağ qalan yeganə üzvü idi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/576035.html