Avqustda Almatıda COVID-19-un dördüncü dalğası proqnozlaşdırılır

 20:51 30.07.2021     62

Qazaxıstanın Almatı şəhərində COVID-19-la bağlı vəziyyət gündən-günə pisləşir. Virusoloqlar avqustun 3-4-də koronavirusa yoluxma sayında artım gözlənildiyini, ayın 10-12-də isə Almatının koronavirusun dördüncü dalğası ilə qarşılaşacağını proqnozlaşdırırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son sutkada ölkədə 81 nəfər koronovirusdan, 16 nəfər isə koronavirus sətəlcəmindən həyatını itirib.

Qeyd edək ki, ölkə üzrə son sutka ərzində koronavirus infeksiyasında yeni rekord rəqəm - 7479 yoluxma qeydə alınıb.

Ümumilikdə ötən ilin martından Qazaxıstanda koronavirusa yoluxanların sayı 60 min 280 nəfərə çatıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/968727.html