Türkəyədə baş vermiş hadisəyə görə çox üzülürük - Fazil Mustafa

 21:00 30.07.2021     61

"Azərbaycan hər zaman Türkiyənin yanındadır. Bu ağır günlərdə də Türkiyənin yanında olub, əlimizdən gələni edəcəyik".

Bunu Publika.az-a açıqlmasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili qeyd edib ki, Türkiyədə yanğından zərər çəkənlər üçün hesab açılmalıdır və biz onlara əlimizdən gəldiyi qədər vəsait ödəyərək yardım etməliyik:

"Türkiyədə baş verən yanğınlar bizi dərindən sarsıtdı. Hələ ki, yanğınlar tam nəzarətə götürülməyib və böyük itkilər var. Türkiyə xalqı böyük millətdir və bu acının da öhtəsindən gələcək. Azərbaycan dövləti həm maddi, həm də mənəvi cəhətdən Türkiyənin hər zaman yanındadır. Biz bu hadisəni kənarda olan bir hadisə kimi deyil, sanki öz daxilimizdə olan bir yanğın kimi dəyərləndiririk. Həqiqətən o görüntülərə baxarkən, insanın ürəyi ağrıyır. Türkəyədə baş vermiş bu hadisəyə görə çox üzülürük. Təbii ki, düşmənlər olanlara sevinir, ancaq biz qardaş dövlət olaraq Türkiyənin yaralarını sarımağa həm dövlət, həm millət olaraq hazırıq. Azərbaycanın atdığı addım həm İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycanla Türkiyənin qardaşlıq münasibətlərinin göstəricisidir".

Rahib Ələsgərov


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/364353.html