Azad edilmiş ərazilərin memarlıq siması müəyyənləşdirilir

 21:03 30.07.2021     58

Kəlbəcər, Laçın, Ağdam, Füzuli və Cəbrayıl üzrə 5 kənd və bir qəsəbə üçün müsabiqə elan edilib. Müsabiqənin məqsədi işğaldan azad edilmiş ərazilərdə kəndlərin və qəsəbələrin gələcək memarlıq simasının müəyyən edilməsi məqsədilə həyata keçirilir.

Axar.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini, Şəhərsalma məsələləri üzrə İşçi Qrupun rəhbəri Namiq Hümmətov Xocavənd rayonunun Hadrut qəsəbəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müsabiqədə demək olar 140-dan çox şirkət iştirak edib. Sabahkı tarixə layihələrin təqdim edilməsinin son tarixidir. Avqustun 15-də müsabiqənin qalibləri elan ediləcək. İşğaldan azad edilmiş digər kəndlərin də ərazi planlaşdırılması sənədi hazırlanacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/576464.html