Afrika COVID-19 əleyhinə vaksinlə təminatda ən geridə qalan qitədir

 21:05 30.07.2021     59

Afrika COVID-19 əleyhinə vaksinlə təminatda ən geridə qalan qitədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Dünya Bankının son hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, qitənin ən yoxsul ölkələrində vaksinasiya inkişaf etmiş dövlətlərin yardımı hesabına həyata keçirilir. Rəqəmlər göstərir ki, əhalisi yüksək gəlirli ölkələrdə hər 100 nəfərə 97 doza vaksin təmin edildiyi halda, Afrikada bu göstərici cəmi hər 100 sakinə 4,7, bəzi dövlətlərdə isə hətta 1,7 dozadır.

Afrikanın yoxsul ölkələrinə "AstraZeneca" və "Jonson&Jonson" vaksinləri göndərilib. Qitənin bəzi dövlətləri - Burundi və Eritreyada isə vaksinasiya həyata keçirilməyib, Tanzaniyada prosesə yeni başlanılıb.

Körfəz ölkələri arasında ən çox vaksin Birləşmiş Ərəb Əmirliklərində vurulub. Bu dövlətdə əhalinin 72 faizi vaksinasiya olunub. Ərəb ölkələrində bu göstərici üzrə ikinci yeri 67 faizlə Qətər tutur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/968730.html