UEFA “Neftçi“nin müdafiəçisinə sərt CƏZA VERDİ

 21:12 30.07.2021     57

Yunanıstanda “Olimpiakos”a qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulan “Neftçi”nin futbolçusu Mert Çelikin cəzası açıqlanıb.

Publika.az xəbər verir ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsindən Report-a verilən məlumata görə, 21 yaşlı müdafiəçi iki oyunluq diskvalifikasiya olunub. Bu isə o deməkdir ki, Pirey təmsilçisi ilə cavab matçını buraxan gənc oyunçu Bakıda Finlandiya HİK-inə qarşı Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə də meydana çıxa bilməyəcək.

Mert Çelik “Olimpiakos”la oyunun 63-cü dəqiqəsində rəqibin yarımmüdafiəçisi Oleq Ryabçukun sifətinə təpik zərbəsi endirdiyi üçün qırmızı vərəqə alıb.

Qeyd edək ki, hər iki oyunda “Olimpiakos”a 0:1 hesabı ilə uduzan “Neftçi” Çempionlar Liqasında mübarizəni dayandırıb. “Ağ-qaralar” Avropa Liqasında HİK-lə ilk oyununu avqustun 3-də Bakıda keçirəcək. Cavab matçı isə avqustun 12-də Helsinkidə olacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/364355.html