Türkiyədə meşəyə getmək qadağan olundu - FOTO

 21:24 30.07.2021     60

Türkiyənin 18 vilayətində meşə massivlərinə giriş qadağan olunub.

Publika.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Qadağaların meşə yanğınlarıyla bağlı olduğu və bəzi vilayətlərdə avqustun sonunadək, bəzilərində isə xüsusi göstərişədək qüvvədə qalacağı bildirilib.

Qeyd edək ki, Türkiyənin kənd və meşə təssərrüfatı naziri Bəkir Pakdəmirlinin öz “Twitter” səhifəsində açıqladığı son məlumatlara görə, hazırda 70 meşə yanğını nəzarət altına alınıb, 11 yanğın ocağında isə müvafiq istiqamətdə işlər davam etdirilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/364356.html