Türkiyədə AİLƏ QƏTLİAMI: 7 nəfəri öldürdülər, evə od vurdular - VİDEO

 21:48 30.07.2021     55

Türkiyənin Konya vilayətində dəhşətli qətl hadisəsi baş verib.

Publika.az "Haberler"e istinadla xəbər verir ki, hadisə Meram rayonunda baş verib.

Məlumata görə, Hasanköy məhəlləsi, Özşahin küçəsindəki evlərin birinə edilən silahlı hücum nəticəsində bir ailənin 7 üzvü qətlə yetirilib. Bu azmış kimi, qatillər ailəyə məxsus evə də od vurublar.

Hadisə yerinə təhlükəsizlik və yanğından mühafizə qüvvələri cəlb edilib.

Araşdırma nəticəsində qətlə yetirilən ailə üzvlərinin adları məlum olub:

1. Yaşar Dədeoğlu

2. Barış Dədeoğlu

3. Serpil Dədeoğlu

4. Serap Dədeoğlu

5. İpek Dədeoğlu

6. Metin Dədeoğlu

7. İpek Dədeoğlu

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/364359.html