Berlində atışma: polis əməliyyat keçirir – Yaralılar var

 22:15 30.07.2021     58

Berlinin Vedinq rayonunda atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə supermarketin yanındakı dayanacaqda baş verib. Atışma nəticəsində 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs qaçmağa müvəffəq olub.

Hazırda polis xüsusi əməliyyat keçirir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/576488.html