Rusiyadan Türkiyə açıqlaması: Bu durumda olmaq istəmərik

 22:25 30.07.2021     58

Vəziyyəti yaxından izləyirik. Bilirsiniz, Rusiya bu fəlakətlə mübarizə aparmaq üçün Türkiyə hakimiyyətinə yardım göstərdi. Orada "Be-200" təyyarələri də daxil olmaqla, avadanlıqlarımız işləyir. Türkiyə hakimiyyəti ilə daim əlaqə saxlayırıq.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

"Əlbəttə ki, böhran əleyhinə qərarlar verməli olduğumuz bir durumda olmaq istəmərik, amma təbii ki, təcili ehtiyac yaranarsa, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik", - Qruşko vurğulayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/576487.html