İki ölkə sərhədində güclü zəlzələ

 22:34 30.07.2021     54

Peru və Ekvador sərhədində 6,2 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerin 10 km dərinliyində qeydə alınan yeraltı təkanların episentri Perunun Pyura şəhərindən 25 km şimalda yerləşib.

Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/576486.html