Türkiyədə 81 meşə yanğınından 70-i lokallaşdırlıb

 22:55 30.07.2021     57

Türkiyədə baş verən 81 meşə yanğınından 70-ini lokallaşdırmaq mümükn olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə özünün "Twitter" səhifəsində Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli yazıb.

Onun sözlərinə görə, hazırda Adana, Osmaniye, Antalya, Mersin və Muğlada 11 yanğın davam edir.

Nazir əlavə edib ki, meşə yanğınlarının söndürülməsinə 6 təyyarə, 9 PUA, 1 pilotsuz helikopter, 1 yanğınsöndürmə tankı, 45 helikopter də daxil olmaqla çox sayda texnika və 4 mindən artıq canlı qüvvə cəlb edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/968904.html