Türkiyədə bu gün koronavirusdan 69 nəfər ölüb

 23:05 30.07.2021     62

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 69 nəfər həyatını itirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 256 460 nəfər test edilib, onların 2283-nün koronavirus testi pozitiv nəticə verib, 5752 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 72 520 645 peyvənd tətbiq edildiyi qeyd olunub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/968903.html