ABŞ Rusiyada işləyən 182 əməkdaşını işdən çıxarır

 23:20 30.07.2021     60

ABŞ əcnəbilərin işə götürülməsinə qoyulan məhdudiyyətlər səbəbindən Moskva, Vladivostok və Yekaterinburqdakı diplomatik obyektlərində çalışan 182 yerli işçini işdən çıxarmaq məcburiyyətində qalacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Bu tədbirlər potensial olaraq personalımızın təhlükəsizliyinə və Rusiya hökuməti ilə diplomatik təmas imkanlarını özündə ehtiva edən ABŞ-dakı missiyalarımızın işinə ciddi təsir göstərəcək”, - Blinken bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/576495.html