Sumqayıtda gənc oğlan itkin düşdü - FOTO

 23:13 30.07.2021     56

Sumqayıtda gənc oğlan itkin düşüb.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Sumqayıt şəhər sakini 20 yaşlı gənc iyulun 18-i saat 7-də evdən çıxıb və bir daha geri dönməyib.

O evdən çıxarkən üzərində telefon və pul olmayıb, əynində sarı-qara köynək və yaşıl şalvar olub.

Gənc şəhərdaxili kameralarda son dəfə Sumqayıt 13-cü mkr ərazisində görünür və bir daha kameralara düşməyib.

Görənlərdən, xəbəri olanlardan (077) 302-81-54 nömrəsi ilə əlaqə saxlamağı xahiş olunur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/364367.html