Bu gün Ukraynada tarixi bir hadisə oldu - Kuleba

 23:58 30.07.2021     66

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası konkret xarici siyasətin müəyyən edilməsi ilə əlaqədar strategiya qəbul edib.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna xarici işlər naziri Dmitri Kuleba çıxış edib.

"Bu gün tarixi bir hadisə baş verdi. Müstəqilliyin 30 ilində ilk dəfə Ukrayna açıq, başa düşülən və mənalı bir xarici siyasət strategiyasını qəbul etdi. Əlbəttə ki, əvvəlki 30 ildə xarici siyasət də mövcud idi, lakin bir sıra sahələrdə işin səmərəliliyi kifayət qədər deyildi. Bu strategiyanın qəbul edilməsi sayəsində bu gün bu problemləri aradan qaldıra biləcəyik", - Kuleba qeyd edib.

Qeyd edək ki, qəbul edilən xarici strategiya 6 əsas prioriteti özündə əks etdirir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/576501.html