"Qarabağ"ın pley-offdakı potensial rəqibləri bəlli oldu

 00:18 31.07.2021     66

UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimindən əvvəl "Qarabağ"ın potensial rəqiblərinin sayında azalma baş verib.

Axar.az xəbər verir ki, III təsnifat mərhələsində Kipr AEL-ini üstələyəcəyi təqdirdə, Azərbaycan təmsilçisi 4 cütdən birinin rəqibi ilə görüşəcək.

Ağdam komandası səpələnmişlər səbətində yer alacaq, rəqib isə səpələnməmişlər sırasından düşəcək. Onların arasında II təsnifat mərhələsində "Sumqayıt"ı mübarizədən kənarlaşdırmış Serbiya "Çukariçki"si də var:

MOİK (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya)

"Pakuş de Fereyra" (Bolqarıstan) - "Larn" (Şimali İrlandiya)

"Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya)

"Çukariçki" (Serbiya) - "Hammarbü" (İsveç)

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkü avqustun 2-də atılacaq. "Qarabağ" III təsnifat mərhələsində Kipr AEL-i ilə ilk oyununu avqustun 5-də səfərdə, cavab görüşünü avqustun 12-də evdə keçirəcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/576502.html