Tokio-2020: Boksçumuz erməni ilə qarşılaşacaq

 00:37 31.07.2021     58

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.

Axar.az xəbər verir ki, boksçu Cavid Çələbiyev 1/8 final görüşünə çıxacaq.

63 kq çəki dərəcəsində yer alan dünya çempionu Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.

Çələbiyev 1/16 finalda ukraynalı Yaroslav Hartsizə 5:0 hesabı ilə qalib gəlib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/576505.html