Samuxda piyadanı avtomobil vurdu

 22:49 31.07.2021     57

Samux rayon Çobanabdallı kəndində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Publika.az xəbər verir ki, kənd ərazisində Gəncə şəhər sakini, Əhmədov Şahin Hidayət oğlunu avtomobil vurub.

Müxtəlif xəsarətlər alan piyada təcili tibbi yardım maşını ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/364464.html