Kürdəmirdə 30-a yaxın toy sahibi cərimələnib

 23:02 31.07.2021     64

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, polis əməkdaşlarının keçirdikləri reydlər zamanı rayon ərazisində həyətyani sahəsində toy edərək karantin rejimini pozan 30-a yaxın toy sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Reydlər sasən rayonun Sığırlı, Ərəbqubalı, Topalhəsənli və Yenikənd kəndlərində həyata keçirilib.

Qeyd edək ki, polis əməkdaşları müətmadi olaraq karantin rejimini pozmağa çalışan toy sahibləri ilə maarifləndirici söhbətlər aparır və profilaktik tədbirləri davam etdirirlər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/969072.html