Göygöldə DƏHŞƏT: Eyni vaxtda iki qardaşı bıçaqladılar

 23:13 31.07.2021     64

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az-ın bölgə müxbirinin verdiyi ilkin məlumata görə, hadisə rayonun Quşqara kəndində fəaliyyət göstərən kafelərdən birində baş verib.

Rayon sakini, 1992 ci il təvəllüdlü İsamyılov Sənan Dəmir oğlu və onun qardaşı İsmayılov Əkbər bıçaq yarası ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

29 yaşlı Sənan İsmayılovun vəziyyəti daha ağırdır.

Əlavə məlumat veriləcək...


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/crime/364466.html