Göygöldə iki qardaş bıçaqlandı

 23:46 31.07.2021     66

Göygöl rayonunda iki qardaş bıçaqlanıb.

Axar.az xəbər verir ki, hadisə rayonun Quşqara kəndində fəaliyyət göstərən kafelərin birində baş verib.

Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü İsmayılov Sənan Dəmir oğlu və onun qardaşı 1992-ci il təvəllüdlü İsmayılov Əkbər bıçaq xəsarəti alıb. Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

S.İsmayılovun xəsarəti daha ciddidir. Faktla bağlı araşdırmalara başlanılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/576696.html