Bu şəxslər tromboza meyillidir – Həkimdən Xəbərdarlıq

 23:45 31.07.2021     58

Elə kateroqiya insanlar var ki, istənilən virus infeksiyası, eləcə də koronavirusa yoluxduqda qanın yüksək laxtalanması səbəbindən tromboz yaranması riski artır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, infeksionist həkim Andrey Pozdnyakov tromboza genetik,irsən meyilli pasiyentlər var.
Hazırda bu geniş yayılmış xəstəlik olduğu üçün damarların və qanın vəziyyətini nəzərə almaq lazımdır.

Koronavirus zamanı endotellər damarların iç divarına çökür, bu zaman qan dövranı çətinləşir.

Damarların endotelləri uzun müddət və asta bərpa olur, ona görə covid zədələnməsi nəticəsində trombozlar yarana bilər. İnsan heç hiss etmir ki, onda tromboz yarandı. Bu gizli qatildir. Təəssüf ki, genetik problemli xəstələrdə trombozun elə ilk baş verməsi insultla, infarktla nəticələnə bilər.

Hormonal kontraseptivlər qəbul edən qadınlar, hormonal pozuntusu olan xəstələr, artıq çəkili adamlar, ürək damar problemi olanlarda tromboz riski yüksəkdir.

Həkim qeyd edib ki, koronavirusa qarşı peyvənddən sonra da məhz bu insanlarda tromboz yarana bilər.
Lakin Sputnik V peyvəndindən sonra tromboz faktı aşkarlanmayıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/968803.html