Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub

 23:47 31.07.2021     56

İyulun 31-də Fövqəladə Hallar Nazirliyinin Mərdəkan və Xaçmaz sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən 3 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən Milli.Az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas olunub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/969077.html