İtaliyada da meşə yanğınları: Siciliya yanır

 00:54 01.08.2021     68

İtaliyanın cənub bölgələrində, xüsusilə Siciliya adasında meşə yanğınları güclənib.

Axar.az xəbər verir ki, bu barədə İtaliyanın Yanğınsöndürmə Departamenti məlumat yayıb.

Məlumatda Siciliyada 250, Puglia və Kalabriyada 130, Latsio 90 və Kampaniya bölgəsində isə 70-dən çox yanğın ocağının olduğu qeyd olunub.

Yanğınların güclü küləyin təsiri ilə daha da geniş vüsət aldığı bildirilib.

Yanğınsöndürmə briqadalarının, xüsusən Siciliyanın iki ən böyük şəhəri Palermo və Kataniya yaxınlığında yanğınları söndürmək üçün fasiləsiz çalışdıqları vurğulanıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/576709.html