Müharibənin ən faciəvi üzünü Ağdamda gördüm - Milkov

 01:42 01.08.2021     62

Bu böyük şəhəri dağıdılmış vəziyyətdə görmək təəssüf doğurur. Ağdam təsəvvür etdiyimdən daha pis vəziyyətə salınıb.

Axar.az xəbər verir ki, bunu Bolqarıstan Milli Televiziyasının müxbiri Georgi Milkov deyib.

Ağdamı dağıdılmış vəziyyətdə görməyin onu dərindən kədərləndirdiyini bildirən jurnalist qeyd edib:

“Ağdamdakı Cümə məscidində heyvanların saxlanılmasını əks etdirən şəkilləri gördüm. Bu, nəinki İslam dininə, bütün insanlığa qarşı yanlış davranış, hörmətsizlikdir. Mən bir çox ölkədə müharibə bölgəsində olmuşam, lakin müharibənin ən faciəvi üzünü Ağdamda gördüm”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/576714.html