Mübahisəni məhkəməsiz bu cür həll edin - Professor

 01:58 01.08.2021     66

Bir həftəyə yaxındır ki, artıq çoxdandır danışılan MEDİASİYA (mübahisənin vasitəçi ilə məhkəmədən kənar həll edilməsi cəhdi) ölkəmizdə məcburi hal alıb, kimsə kimisə məhkəməyə vermək istəyirsə (cinayət olmayan və inzibati olmayan işlərdə), məhkəmədən əvvəl mediasiyaya müraciət etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev qeyd edib.

F.Mehdiyev bu prosedurun necə olduğunu izah edib:

“Əvvəlcə vətəndaş məhkəməyə vermək istədiyi şəxsə mübahisənin mediasiyada həll olunması üçün təklif yollayıb, onun cavabını 10 gün gözləməlidir. Həmin təklifdə mübahisənin hansı mediatorda həllini də göstərir. Qarşı tərəf bu təklifə razı olmadığı, ya da cavab vermədiyi halda vətəndaş mediatorun təyini üçün Mediasiya Şurasına “Mediasiya.org” saytı üzərindən müraciət etməlidir”.

Professor bildirib ki, qanuni prosedur budur. Ona görə də birbaşa Mediasiya Şurasına müraciət etmək olmaz, əvvəlcə qarşı tərəfin qeydiyyatda olduğu ünvana mediasiya təklifi göndərilməlidir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/576717.html