Pandemiyanın qarşısını almaq üçün peyvənd yetərlidir?

 02:15 01.08.2021     71

Dünyada pandemiyanı dayandırmaq üçün təkcə vaksinasiya kifayət etmir, həmçinin maska taxmaq və sosial məsafə gözləmək lazımdır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə “Nature Scientific Reports” elmi jurnalında dərc olunan məqalədə qeyd olunub.

Alimlərin fikrincə, bu tədbirlər ümumilikdə infeksiyanın yayılmasının qarşısını alacaq. Bundan əlavə, görülən tədbirlər nəticəsində virusun mutasiyasına icazə verilməyəcək. Bunun üçün isə mümkün qədər tez müddətdə demək olar ki, dünyadakı bütün insanlar vaksinasiyadan keçməlidir.

Bununla belə qeyd olunub ki, vaksinasiyanın sürətlə getməsi peyvəndə davamlı ştammların yaranması ehtimalını olduqca azaldıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/saghliq/576718.html